"PIRAMIDA" təhsil və karyera mərkəzi olaraq sizi bizim saytda görməyimizə məmnunuq."Piramida" təhsil mərkəzi təhsil xidməti sahəsində 7 ildən artıqdır ki fəaliyyət göstərir və qabaqcıl təhsil ocaqlarından biridir.
"Piramida" təhsil mərkəzi - Xarici dillərin və kompyuter proqramlarının tədrisi mərkəzidir. Mərkəz 2002-ci ildə yaradılmışdır. Təhsil Mərkəzində - Xarici dillərin və kompyuter proqramlarının müxtəlif metodlarla öyrədilməsi həyata keçirilir.Təhsil yüksək ixsaslı pedaqoqlar tərəfindən aparılır. Həftədə 1 dəfə 3 dildə "Conversation Club"lar təşkil olunur. Həmçinin DVD-də xarici filmlər göstərilir. Ay sonunda yoxlama imtahanları keçirilir, kursu bitirdikdən sonra isə sertifikat verilir. Geniş şərait, dərslərin azad şəkildə aparılması və kitabxana sizin xidmətinizdədir. Bu cür tədris mərkəzi bu gün üçün ən perspektivli və tələb olunan sayılır. Proqramlar ixtisaslaşdırılmışdır. Ona görə də tələbəyə kursu bitirdikdən sonra yeni, maraqlı iş tapmaq çətin olmur və o əldə etdiyi biliklərdən uğurla istifadə edə bilir. Təhsil mərkəzi şirkətlərə kompyuter və xarici dilləri bilən yüksək ixtisaslı kadrlar hazırlayır.
|